Rusiya Prezidenti Vladimir Putin bu il Ermənistana səfər edəcək.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Düşənbə şəhərində keçirilən sammiti zamanı növbəti iclasın Yerevanda keçirilməsi barədə qərar verilib.
İlin sonunda baş tutacaq sammit üçün Rusiya, Tacikistan, Belarus, Qazaxıstan, Qırğızıstan liderləri Yerevana gələcəklər.