24 C
Baku
Monday, April 29, 2024

Putin Ermənistanın Rusiyadan üz döndərdiyini düşünmür

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Rusiyadan üz döndərdiyini düşünmür.

Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında Ermənistanın ABŞ-la birgə hərbi təlimləri, Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri, parlament sədri Alen Simonyanın Rusiya XİN sözçüsünün ünvanına xoşagəlməyən ifadələr səsləndirməsi, Ermənistanın Rusiyadan üz döndərməsi və bütün bunların Azərbaycanla sərhəddəki vəziyyətə necə təsir edəcəyi ilə bağlı suala cavab verib.

O, Ermənistanın Rusiyadan üz döndərdiyini düşünmədiyini bildirib.

“Biz bilirik və başa düşürük ki, nələr baş verir. Bu barədə çox şey danışmaq olar. Biz vaxtı ilə nizamlanma ilə bağlı (Qarabağ münaqişəsinin nizamlanması ilə-red.) öz variantlarımızı təklif etmişdik. Ermənistan Ermənistan-Azərbaycan münaqişəsindən sonra yeddi rayonu nəzarətə götürmüşdü. Biz təklif etdik ki, bütün Qarabağ və Kəlbəcər və Laçın Ermənistanın yurisdiksiyasında qalmaqla Azərbaycanla razılığa gəlsinlər. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz Ermənistan rəhbərliyini onilliklər ərzində inandırmağa cəhd edirdik. Müxtəlif variantlar təklif etmişdik. Lakin yekunda hər şey elə buna gətirib çıxardı. Bizim “bəs nə edəcəksiniz?” sualına onlar “mübarizə aparacağıq” deyə cavab verirdilər. Yekunda hər şey hazırkı mövcud vəziyyətə gətirib çıxardı. Lakin məsələ təkcə sonuncu münaqişənin nəticələrində deyil. Məsələ həm də ondadır ki, Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb və özünün Praqa bəyanatında bunu kağız üzərində də qeydə edib”, – Putin əlavə edib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər