“Biz Ukraynanın kapitulyasiyasını istəmirik, biz yaranmış reallıqların tanınmasında israr edirik”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında bildirib.
O vurğulayıb ki, Ukraynada baş verənlər Rusiyanın işinin nəticəsi deyil, bu, dünyada baş verən qlobal dəyişikliklərlə barışmaq istəməyənlərin əməyinin nəticəsidir.
Putin rus və Ukrayna xalqlarını bir xalq hesab etdiyini və bu mənada bütün Ukraynın onların olduğunu qeyd edib: “Əsgərimiz hara ayaq basırsa, ora bizimdir”.
Putin əlavə edib ki, Rusiya heç vaxt Ukraynanın suverenliyini şübhə altına almayıb.
Qeyd edib ki, Ukraynanın müstəqilliyi və suverenliyi onun neytral və bloklara qoşulmayan dövlət olmasını nəzərdə tutan bəyannaməyə əsaslanır.