3 C
Baku
Saturday, December 14, 2024

Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə illik müraciəti ilə çıxış edir. O, ənənəvi olaraq ölkədəki vəziyyəti qiymətləndirəcək və dövlətin daxili və xarici siyasətinin əsas istiqamətlərini elan edəcək.

Rusiya Federasiyası Prezidenti “Manej” mərkəzi sərgi salonunda çıxış edir.

Bir qədər öncə Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, 2021-ci ildə parlamentə müraciət “bu və ya digər halda post-COVID müraciəti olacaq”.

Koronavirus infeksiyasının yayılmasına görə məhdudlaşdırıcı tədbirlər tətbiq olunub. Mərasim boyunca jurnalistlər sosial məsafə saxlamalı və maska taxmalıdırlar. Digər zəruri bir tələb bir neçə mənfi koronavirus testinin olmasıdır.

Bu il tədbiri işıqlandırmaq üçün 435 jurnalist akkreditə olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər