14 C
Baku
Saturday, November 23, 2024

Putin: Finlandiya və İsveçin NATO-ya üzv olması heç bir təhdid yaratmır

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Finlandiya və İsveçin NATO-ya üzv olması heç bir təhdid yaratmır. Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur, onların NATO-ya daxil olması dərhal təhlükə yaratmır”, – Rusiya Prezidenti Vladimir Putin KTMT sammitində deyib. Bununla yanaşı prezident vurğulayıb ki, Skandinaviya dövlətlərinin hərəkətləri “beynəlxalq təhlükəsizlik sahəsində onsuz da çətin olan vəziyyəti” gərginləşdirə bilər.

Əvvəllər hərbi neytrallıq siyasətinə sadiq qalan Stokholm və Helsinki mayın 15-də NATO-ya üzv olmaq niyyətlərini rəsmən bəyan ediblər. İsveçin baş naziri Maqdalena Andersson bildirib ki, İsveçin neytrallığı “ona yaxşı xidmət edib”, lakin Stokholm Moskvanın təhdidlərindən ehtiyat etdiyi üçün bu siyasət gələcəkdə faydalı olmayacaq.

Finlandiya Prezidenti Sauli Niinistyo və Baş naziir Sanna Marin birgə mətbuat konfransında ölkənin mayın 16-da “parlamentlə məsləhətləşmədən sonra” NATO-ya üzvlük üçün müraciət edəcəyini açıqlayıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç və Finlandiyanın bloka qəbulu prosesi sürətləndiriləcək, lakin bu, hələ bir qədər vaxt aparacaq. Onun sözlərinə görə, bu müddət ərzində alyans hər iki ölkənin təhlükəsizliyinin təmin edilməsi yollarını nəzərdən keçirəcək.

Eyni zamanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, Skandinaviya ölkələri “terror təşkilatları üçün qonaq evidir”. O izah edib ki, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının üzvləri İsveçdə, Hollandiyada yaşayır və hətta parlamentdə iştirak edirlər. “Biz buna müsbət baxa bilmərik” dedi.

Son xəbərlər
Digər xəbərlər