Rusiya Prezidenti Vladimir Putinin fevral ayında Türkiyəyə səfər edəcəyi rəsmən təsdiqlənib.
Bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov yanvarın 29-da jurnalistlərə açıqlamasında bildirib.
“Bəli, səfərə hazırlıq görülür”, – o vurğulayıb. Y.Uşakov səfərin fevralda reallaşacağını da təsdiqləyib.
Bir müddət əvvəl V.Putinin fevralda Türkiyəyə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı.