2 C
Baku
Thursday, February 29, 2024

Putin G20 sammitində iştirak etməyəcək

Hindistan hökuməti Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 9-10-da Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak etməyəcəyini təsdiqləyib.

Bu barədə “The Guardian” məlumat yayıb.

Hindistanın Baş naziri Narendra Modinin ofisi V.Putinin gələn ay bu ölkədə keçiriləcək G20 sammitinə qatılmayacağını və onu xarici işlər naziri Sergey Lavrovun əvəzləyəcəyini açıqlayıb.

Bildirilib ki, Hindistan Baş naziri V.Putinlə telefonla danışıb. Hökumət başçısı deyib ki, Rusiya liderinin sammitdə iştirak etməmək qərarı anlaşılandır.

Qeyd edək ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib. Bu baxımdan Hindistan Rusiya liderinin ölkəyə gələn kimi dərhal həbs etməlidir. Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov da bildirib ki, V.Putin Nyu Dehlidə keçiriləcək sammitdə şəxsən iştirak etməyi planlaşdırmır.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti CAR-da keçirilən BRİKS sammitində şəxsən iştirakdan imtina etmişdi.

Bundan əlavə, daha əvvəl Kreml bəyan etmişdi ki, V.Putin avqustda Türkiyəyə gedəcək. Amma bu yaxınlarda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrda özü Rusiyaya səfər edəcəyini bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər