Günəşin çıxdığı ölkə Yaponiya yox, Rusiyadır.
Bunu Rusiya prezidenti Vladimir Putin Kamçatka diyarında Ümumrusiya gənclik ekoloji forumunun iştirakçıları ilə görüşündə deyib.
O, Rusiyanı günəşin çıxdığı ölkə adlandırıb.
“Yaponiyaya günəşin çıxdığı ölkə deyilir. Ancaq Yaponiyanın şərqində, məncə, Kamçatka və ya Saxalindir. Daha şərqdə Yeni Zelandiya, Yeni Zelandiyanın şərqində isə Çukotka yerləşir. Orada isə artıq cəmi 60 km boğazdır, sonra isə Amerika qitəsi gəlir. Bu mənada günəşin doğduğu ölkə Rusiyadır”, deyə Rusiya prezidenti vurğulayıb.