Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Qərbin məqsədi Rusiyanı məhv etməkdir.
Bu barədə V. Putin bu gün televiziya ilə xalqa müraciətində bəyan edib.
“Qərbin məqsədi bizim ölkəmizi zəiflətmək, bölmək və son nəticədə məhv etməkdir”, – deyə o bildirib.
V. Putinin sözlərinə görə, artıq Qərbdə 1991-ci ildə SSRİ-ni dağıtmağa nail olduqlarını, indi isə Rusiyanın vaxtının çatdığını açıq şəkildə bildirirlər: “Artıq Qərbdə açıq şəkildə bildirirlər ki, 1991-ci ildə Sovet İttifaqını dağıtmağa nail olublar, indi isə Rusiyanın vaxtı çatıb. Qərbin məqsədi odur ki, Rusiya bir-biri ilə düşmənçilik edən çoxlu region və vilayətlərə ayrılmalıdır”.