Azərbaycan, Rusiya və Ermənistan liderləri Sankt-Peterburqda keçirilən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”ın efirində bildirib.
O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edir.
“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, – Peskov vurğulayıb.