Rusiya Prezidenti Vladimir Putin canlı yayımda Xüsusi Hərbi Əməliyyatın ölkə iqtisadiyyatına təsirini şərh edərkən, avropalıların Rusiyaya bu sahədə təsir göstərmək cəhdləri ilə bağlı suala cavab verib.
Putin ÜDM artımının yavaşlamasını iqtisadiyyatın keyfiyyətini qorumaq üçün düşünülmüş addım kimi qiymətləndirib. O, həmçinin qeyd edib ki, hökumət büdcəni balanslaşdırmağa nail olub, bu da iqtisadiyyatın və maliyyə sisteminin sabitliyinin göstəricisidir.
Onun sözlərinə görə, büdcənin balanslaşdırılması milli layihələrin məqsədlərinə çatmağa və hərbi sahənin ehtiyaclarını təmin etməyə kömək edəcək.







