“Rusiya prezidenti Vladimir Putinin Tehrana səfəri dəqiqdir, lakin bu səfərin konkret tarixi hələ müəyyən edilməyib”.
Bunu prezidentin mətbuat katibi Dmitri Peskov Putinin İrana səfəri və Astana sammitində iştirak imkanları ilə bağlı suala cavab olaraq deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da rəsmi danışıqlar aparmaq üçün iyunun 22-də Tehranda olub. Lavrov Tehrana səfəri çərçivəsində İran prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla görüşüb.