16 C
Baku
Thursday, May 2, 2024

Putin Kadırova general-polkovnik rütbəsi verib

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Bu barədə Çeçenistan rəhbəri öz teleqram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, – deyə Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir, bu ilin martın sonunda ona general-leytenant hərbi rütbəsi verilib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər