31 C
Baku
Saturday, July 13, 2024

Putin Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırova Aleksandr Nevski ordeni ilə təltif edib.

Bu barədə Kadırov öz “Telegram” kanalında yazıb.

“Dostlar! Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata – Aleksandr Nevski ordeni ilə təltif olundum. Vətənimizin rifahı naminə xidmətdə göstərdiyim təvazökar xidmətlərimin belə qiymətləndirilməsi mənim üçün böyük şərəfdir. Hamımız üçün əsl lider və əsl vətənpərvərliyin bariz nümunəsi olan Ali Baş Komandanın əlindən belə əlamətdar mükafatı almaqdan hədsiz qürur duyuram!”, – deyə Kadırov bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər