4 C
Baku
Saturday, February 24, 2024

Putin Kadırovu ordenlə təltif etdi

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu Aleksandr Nevski ordeni ilə təltif edib.

Bu barədə Kadırov “Telegram” kanalında yazıb.

“Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına və böyük dövlət əhəmiyyətli vəzifələrin səmərəli həllinə verdiyim böyük töhfəyə görə yüksək mükafata – Aleksandr Nevski ordeni ilə təltif olundum”, – Kadırov qeyd edib.

Bundan əvvəl Kremldə ali dövlət mükafatlarının təqdimetmə mərasimi keçirilib.

Son xəbərlər
Digər xəbərlər