9 C
Baku
Monday, November 18, 2024

Putin-Kim Çen In görüşü sentyabrın 13-də baş tuta bilər

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında görüş sentyabrın 13-də baş tuta bilər.

Bu barədə Bloomberg məlumat yayıb.

Agentlik Cənubi Koreya televiziyasına istinadən xəbər verir ki, Kim Çen In artıq qatarla Rusiyaya gedib və dövlət başçılarının görüşü sentyabrın 13-də keçirilə bilər.

Qeyd edək ki, rəsmi Moskva hələ də Putinin KXDR lideri ilə görüşəcəyini təsdiqləməyib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər