Putin: Koronavirus pandemiyası pik həddə hələ çatmayıb

COVID-19 koronavirus infeksiyası hələ pik həddə çatmayıb, bu haqda Rusiya prezidenti Vladimir Putin koronavirusa qarşı mübarizə mövzusuna həsr olunmuş iclasda bildirib.

Banker.az bu barədə rus mətbuatına istinadən məlumat verir.

“Biz digər ölkələrin müsbət və mənfi təcrübələrini nəzərə alaraq vəziyyəti yaxından izləyirik. Bir daha qeyd edirəm ki, pandemiyanın pik həddi hələ keçməyib. İndi başqalarının səhvlərini təkrarlamamaq, tibbi və elmi ictimaiyyətin mövqeyinə əsaslanaraq dərs və nəticə çıxarmaq olduqca vacibdir”, – deyə prezident qeyd edir.

Xatırladaq ki, daha əvvəl Rusiyanın  baş naziri Mixail Mişustin koronavirus infeksiyasının hələ pik həddə çatmadığını söyləmişdir.