10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Putin Kremldə Bəşər Əsədlə görüşüb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin bazar ertəsi günü Kremldə Suriya lideri Bəşər Əsədlə görüşüb.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Prezidenti görüşdə siyasi rəqiblərlə dialoq qurmaq üçün çox iş gördüyünü qeyd edib.

“İnsanlar sizə güvənirlər və əvvəlki illərdə davam edən çətinliklərə baxmayaraq, normal həyata qayıtma prosesini sizinlə əlaqələndirirlər. Bilirəm ki, bunun üçün çox iş görürsünüz, o cümlədən siyasi rəqiblərinizlə dialoq qurursunuz. Bu prosesin davam edəcəyinə ümid edirəm”, – deyə Putin vurğulayıb.

O, həmçinin Suriyalı həmkarını Moskvada qarşılamaqdan çox məmnun olduğunu bildirib. Putin Əsədi doğum günü və “prezident seçkilərinin çox yaxşı nəticələri” münasibətilə təbrik edib.

Son xəbərlər
Oxşar xəbərlər