Rusiya Prezidenti Vladimir Putin Kerç boğazından keçən nəqliyyat keçidinin, Rusiya – Krım yarımadasının elektrik şəbəkəsi enerji körpüsünün və Krasnodar diyarı – Krım magistral qaz kəmərinin mühafizəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat dərc edib.
Belə ki, Mühafizə tədbirlərini təşkil etmək və əlaqələndirmək səlahiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilib.