11 C
Baku
Monday, November 25, 2024

Putin Lukaşenko ilə görüşəcək

Dekabrın 19-u Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə görüşəcək.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət və hökumət başçıları, nazirlər və müxtəlif qurumların rəhbərlərinin iştirakı ilə keçiriləcək geniş tərkibdə görüş zamanı ölkələr arasında mövcud münasibətlərin inkişaf etdirilməsi və əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Bu görüşlərdən sonra dövlət başçılarının təkbətək görüşü baş tutacaq, daha sonra bəyanatlar ictimaiyyətə təqdim olunacaq, jurnalistlərin sualları cavablandırılacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər