Putin Makronla Qarabağı müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Ukrayna, Liviya və Qarabağı müzakirə ediblər. Rusiya lideri fransalı həmkarını Qarabağla bağlı 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli razılaşmaların reallaşmasının gedişatı barədə məlumatlandırıb.

Həmçinin, prezidentlər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr aparıblar.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.