Putin Makronla Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin saytı məlumat yayıb.

“Ukrayna ətrafındakı vəziyyət, o cümlədən Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqların gedişi ilə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb” , – məlumatda bildirilir.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.

Son xəbərlər
Digər xəbərlər