19 C
Baku
Tuesday, October 7, 2025

Putin MDB dövlət başçılarının Düşənbə sammitində iştirak edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammitində iştirak edəcək.

Bu barədə jurnalistlərə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

“Cümə günü, oktyabrın 10-da prezidentimiz MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək”, – Kremlin nümayəndəsi deyib.

O əlavə edib ki, görüşdə MDB çərçivəsində ticarət və investisiya tərəfdaşlığının inkişafı və təhlükəsizlik əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər