“MDB-nin qeyri-rəsmi sammitinin dostluq şəraitində keçirilməsi üzv ölkələrin əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindən xəbər verir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin açılışında deyib.
O bildirib ki, Rusiya ilə MDB ölkələri arasında ticarət dövriyyəsi 2022-ci ilin sonuna kimi 100 milyard dollara çata bilər: “Bu göstərici artıq 81,5 milyard dollardır. Buna dünyada çətin vəziyyətin hökm sürdüyü bir şəraitdə nail olmuşuq”.
V.Putinin sözlərinə görə, kənardan gələn çağırışlar hər il artır: “Təşkilatın ölkələri arasında fikir ayrılıqları var. Lakin birgə səylər nəticəsində onlar aradan qaldırılır”.