11 C
Baku
Monday, November 25, 2024

Putin MDB ölkələrində dollardan imtina etməyi təklif etdi

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına təqdim etdiyi qanun layihəsində MDB ölkələrində dollardan imtina etməyi təklif etmişdir. Sözügedən bu qanunlayihəsi Rusiya, Ermənistan, Belorussiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər MDB ölkələri arasında vahid maliyyə bazarının yaradılmasını nəzərdə tutur. 

Bununla yanaşı, Putin hesablaşmalarda dollar və avrodan imtina etməyə imkan verən mexanizm yaratmağı planlaşdırır.

Sənəddə rezident bankların bir-biri ilə banklararası konvertasiya əməliyyatlarını daha əlverişli şəraitlərdə həyata keçirməyə birbaşa giriş əldə etməsi də nəzərdən keçirilir.

Qeyd edilir ki, bu daxili ticarət sahəsində ödənişlər həyata keçirərkən milli valyutalardan istifadənin genişləndirilməsinə və maliyyə xidmətlərinin göstərilməsinə səbəb olacaq və bununla da, milli valyuta bazarının likvidliyini artırmaq üçün zəmin yaradacaq.

Güman edilir ki, nəticədə milli valyutalar bazarlarının maksimum inkişaf edəcəyi şərtlər yaradılacaq.

Son xəbərlər
Digər xəbərlər