13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Putin milyardlarla dollar dəyərində malikanəyə sahib olması məsələsinə münasibət bildirib

faizlere

“Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb”.

Bunu Rusiya prezidenti Vladimir Putin müxalifət lideri Aleksey Navalnının araşdırmasını şərh edərkən söyləyib.

“Bu filmi sadəcə bu cür məlumatları izləmək üçün boş vaxtım olmadığına görə izləmədim, köməkçilərin mənə gətirdiyi video seçimlərə göz gəzdirdim”, – o vurğulayıb.

V.Putinin fikrincə, həmin araşdırma “montaj” və “kompilyasiyadır”: “Sadəcə vətəndaşlarımızın beynini yumaq üçün rahat vaxt tapıblar”.

Dövlət başçısı orada adı çəkilən şəxslərin bəzilərini ümumiyyətlə tanımadığını bildirib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər