12 C
Baku
Sunday, October 27, 2024

Putin: Moskva və Ankara yaxın vaxtlarda Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı razılığa gələ bilər

Moskva və Ankara yaxın vaxtlarda Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı razılığa gələ bilərlər, Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

Xatırladaq ki, ölkə liderləri bu gün, sentyabrın 4-də Rusiyanın Soçi şəhərində görüşüblər.

Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə verdiyi bəyanatlar:

Vladimir Putin:

  • Rusiya ilə Türkiyə arasında münasibətlərin inkişaf sürəti qorunur;
  • Putin Türkiyədə qaz qovşağının yaradılması ilə bağlı danışıqların yaxın vaxtlarda başa çatacağını gözləyir;
  • Putin Rusiya ilə Türkiyə arasında enerji sektorunda inamlı hərəkəti və razılaşmaları qeyd edib;
  • Türkiyədə Akkuyu AES-in birinci bloku gələn il işə düşəcək və əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri var.

Rəcəb Tayyib Ərdoğan:

  • Türkiyə və Rusiya Mərkəzi Bankının rəhbərləri milli valyutalarda hesablaşmalar üçün addımları müzakirə etmək üçün danışıqlar aparacaqlar;
  • Türkiyədə “Akkuyu” AES-in tikintisi müsbət istiqamətdə davam edir;
  • Ərdoğan əmindir ki, Türkiyə və Rusiya respublikada ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı razılığa gələ bilər;
  • Türkiyə və Rusiya respublikaya təbii qaz tədarükü sahəsində əlaqələri inkişaf etdirməyə davam edəcək;
  • Türkiyə Rusiyanın respublikada meşə yanğınlarının söndürülməsi üçün əlavə amfibiya təyyarələri göndərəcəyini gözləyir;
  • Türkiyə Rusiya ilə xarici ticarət həcminin 100 milyard dollarlıq hədəfə doğru getməsindən razıdır;
  • Ərdoğan Putinlə danışıqlardan sonra mühüm açıqlamanın veriləcəyinə ümid etdiyini bildirib ki, bu da “Afrika ölkələrinə doğru bir addım” olacaq.
Son xəbərlər
Digər xəbərlər