Rusiya Prezidenti Vladimir Putin Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcək.
Bu barədə Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.
“Putinin Münhen Konfransında iştirak etməklə bağlı planı yoxdur. Heç bir formatda”, Peskov bildirib.
Rusiya dövlət başçısının Konfransda onlayn formatda qatıla bilmə ehtimalı ilə bağlı suala da o, “yox” cavabı verib.
Daha əvvəl Münhen Təhlükəsizlik Konfransının rəhbəri Volfqanq İşinger Rusiya Prezidentinin konfransa onlayn formatda qatılacağına ümid etdiyini bildirmişdi.
Konfrans fevralın 18-20-də keçiriləcək.