26 C
Baku
Saturday, July 27, 2024

Putin nələri nəzərə almayıb, yaxud nələri səhv hesablayıb?

    1. Putin nəzərə almamışdı ki, müharibə 2-3 gündən çox çəkər, bilmirdi ki, Ukraynalılar rus ordusuna qarşı bu qədər cəsurluq nümayiş etdirəcəklər, bütün dünya ukraynanı müdafiə edəcək, Rusiya təklənəcək, hava məkanı, quru və dəniz yolları onların üzünə bağlanacaq. Hazırda minlərlə rus gəmiləri limanlarda, yüzlərlə rus təyyarələri aeroportlarda qalıb. Putin elə bilirdi ki, Ukraynada da onun əsgərlərini Qarabağdakı kimi gül-çiçəklər qarşılayacaqlar.

     

    1. Putin Çinin mövqeyini nəzərə almamışdı, Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da ona əməl etmək məcburiyyətindədir. Çünki, əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub, milyardlarla cərimə ödəmək niyyətində deyil.

     

    1. Putin nəzərə almamışdı ki, Finlandiya bu ərəfədə NAT0-ya, Ukrayna Avropa Birliyinə müraciət edəcək. Əgər bugün Finlandiya parlamenti qərar versə bu ölkəni NATO-ya qəbul edəcəklər və Rusiya ətrafında təhlükəsizlik buferi yarılacaq və ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Rusiya üçün təhlükəsizlik sahəsində status-quo dəyişəcək.

     

    1. Putin nəzərə almamışdı ki, Rusiyaya qarşı sanksiyaların miqyası bu qədər böyük, dərəcəsi ifrat sərt olar. Məsələn, Putin Rusiya banklarının SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərə almamışdı. Çünki, Rus banklarından öncə İran banklarını SWIFT-dən çıxarmışdılar, amma indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Putinin güvəndiyi valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşdü, 1 saatın içində donduruldu, ölkənin malik olduğu 132 milyard dollarıq qızılı da (təxminən 74 milyon troy unsiyası) satmaq imkanı yoxdur. Bu anoloqu olmayan sanksiyadır. Ona görə də rus rublu ABŞ dolları qarşısında müharibə başlayandan rəsmi olaraq 40 faizədək dəyər itirib, indi heç 120 rubla da 1 dollar almaq mümkün deyil.

     

    1. Putin nəzərə almamışdı ki, 11,6 milyard dollarlıq Şimal axını -2 layihəsini Almaniya dayandırar, çünki, Trump adminstrasiya dövründə də təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi.

     

    1. Putin nəzərə almamışdı ki, biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları Alfa qrupun sahibi Mixail Fridman və Rusal sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğunu Financial Timesə də təsdiq ediblər.

     

    1. Putin nəzərə almamışdı, bəzi mütəffiqlər ikili oyun oynayacaq, ona görə də Putin qalsa da, getsə də mütəffiqlərinin qara günləri başlayacaq.

    Hələlik bu qədər bəs edər, baxmayaraq ki, Putinin nəzərə almadığı hələ çox şeylər vardır, odur ki, bilin ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki, bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa insan bir gün infarkt olur.

     

    Qubad İbadoğlu

     

     

Son xəbərlər
Digər xəbərlər