22 C
Baku
Friday, June 20, 2025

Putin narahatdır ki, Üçüncü dünya müharibəsi başlaya bilər

Rusiya Prezidenti Vladimir Putin Üçüncü dünya müharibəsi təhlükəsindən narahat olduğunu etiraf edib.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

“Münaqişə üçün böyük potensial var. Həm də burnumuzun dibində – Ukraynada və Yaxın Şərqdə baş verənlər. Biz bunun nəyə gətirib çıxara biləcəyindən narahatıq”, – o, qeyd edib.

Putin vurğulayıb ki, İrandakı nüvə obyektləri ilə bağlı təhdidlər Rusiyanın sülh yolu ilə həll yollarının axtarışında iştirakını tələb edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər