Rusiya prezidenti Vladimir Putinin Çinə səfəri Çində “Bir kəmər, bir yol” forumunun keçiriləcəyi oktyabr ayına planlaşdırılır.
Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
“Məlumdur ki, biz dəvət almışıq və Çinə getmək niyyətindəyik”, – Kreml sözçüsü bildirib. Səfərin vaxtı ilə bağlı sualı cavablandırarkən, o, “Bir kəmər, bir yol” forumunun keçiriləcəyi ilin oktyabr ayı olduğuna aydınlıq gətirib.
Daha əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, səfər zamanı gündəmdə olan mövzulardan biri ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq olacaq, bundan əlavə, Moskva və Pekin mövcud beynəlxalq vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.
2000-ci ildən bəri Rusiya prezidenti Vladimir Putin Çinə 17 dəfə səfər edib (sonuncu dəfə 2022-ci il fevralın 4-də Pekində Qış Olimpiya Oyunlarının açılışı olub).