Rusiya Prezidenti Vladimir Putin Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.
Vladimir Putin səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 15-16 sentyabr tarixlərində baş tutacaq sammitində iştirak edəcək.
Qeyd edək ki, Vladimir Putin ŞƏT sammitində son üç il ərzində ilk dəfə olaraq şəxsən iştirak edəcək. Sentyabrın 15-i Vladimir Putinin bir sıra xarici ölkə başçıları ilə ikitərəfli və çoxşaxəli formatda görüşləri planlaşdırılıb.
O, Qırğızıstan, Türkmənistan, Özbəkistan, İran, Pakistan və Çin liderləri ilə görüşlər keçirəcək.
Həmçinin bu gün Rusiya-Monqolustan-Çin üçtərəfli sammiti keçiriləcək.