23 C
Baku
Saturday, September 28, 2024

Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə sazişi imzalayıb

Rusiya prezidenti Vladimir Putin Özbəkistanın 865 mln dollar borcunun silinməsi barədə razılaşmanın ratifikasiya olunması barədə qanunu imzalayıb.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, 2014-cü ilin sonunda imzalanmış sazişin çərçivəsində SSRİ-nin süqutu ilə bağlı qarşılıqlı iddiaların və Özbəkistanın 1992-93-cü illərdə aldığı kreditlərlə bağlı iddiaların nizamlanması nəzərdə tutulub.

Qeyd edək ki, 2014-cü ilin noyabrın 1-nə olan məlumata görə, Özbəkistanın borcu 889,3 mln dollar təşkil edib, onlardan 388,7 mln dolları faizdir. Özbəkistan borcun yalnız 43,1 mln dollar məbləğində olduğunu etiraf edib, həmçinin keçmiş SSRİ-nin Almaz Fondunda paya malik olduğunu bildirib.

Sazişin şərtlərinə əsasən, tərəflər qarşılıqlı iddialardan imtina edir, Özbəkistan isə üzərinə Rusiyaya yalnız 25 mln dollar ödənilməsinə dair öhdəlik götürüb.

APA

Son xəbərlər
Digər xəbərlər