“Pandemiyaya baxmayaraq, Azərbaycan və Rusiyanın strateji tərəfdaşlığı uğurla inkişaf edir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə keçirilən görüşdə bildirib.
“Rusiya Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından biridir”, – V.Putin deyib.
O qeyd edib ki, 2021-ci ilin ilk 9 ayı ərzində ölkələr arasında mal dövriyyəsinin həcmi 11% artıb. Hazırda Azərbaycanda 900 Rusiya müəssisəsi fəaliyyət göstərir.
V.Putin həmçinin 2022-ci ildə ölkələr arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olacağını qeyd edib.
“Bu əlamətdar hadisəni biz müvafiq qaydada qeyd edəcəyik”, – o əlavə edib.