Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.
Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i səhər saat 7:00-dan matın 11-i saat 00:00-a qədər atəşkəs elan edir.
Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.