14 C
Baku
Saturday, November 23, 2024

Putin: “Qərbin iqtisadi siyasətdəki səhvləri yoxsulluğun kəskin artmasına gətirib çıxarıb”

Rusiya iqtisadiyyatı suverenliyini gücləndirməklə yanaşı, açıqlıq və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində öz kursunu davam etdirəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına və qonaqlarına göndərdiyi təbrik məktubunda bildirib.

“Rusiya üçün 2020-ci illər öz infrastrukturunun və texnoloji bazasının sürətli inkişafını, mütəxəssislərin hazırlığı səviyyəsinin keyfiyyətcə yüksəldilməsini, eləcə də müstəqil və səmərəli maliyyə sisteminin formalaşmasını nəzərdə tutan iqtisadi suverenliyin möhkəmləndirilməsi dövrü olacaq. Eyni zamanda, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və təbii ki, açıqlıq və geniş beynəlxalq əməkdaşlıq kursunu qoruyacaq”, deyə Putin vurğulayıb.

Bundan əlavə, Rusiya Prezidenti qeyd edib ki, Qərb ölkələrinin iqtisadi siyasətdə uzun illər yol verdiyi səhvlər qlobal inflyasiya dalğasına, logistika zəncirlərinin məhvinə, ərzaq çatışmazlığına və yoxsulluğun kəskin artmasına gətirib çıxarıb.

Qeyd edək ki, XXV Peterburq İqtisadiyyat Forumu iyunun 15-18-də keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər