8 C
Baku
Monday, November 18, 2024

Putin: “Qərbin suveren dövlətlərə qarşı qeyri-qanuni sanksiyaları görünməmiş həddə çatıb”

Bəzi ölkələr qlobal prosesləri öz bildikləri kimi və öz qaydaları ilə idarə etməyə və istiqamətləndirməyə çalışırlar.

Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunun iştirakçılarına təbrik məktubunda bildirib

“Bəzi dövlətlər dünya səhnəsində hökmranlığının itirilməsi ilə barışmağa hazır deyil, ədalətsiz təkqütblü modeli qoruyub saxlamağa çalışırlar. Qaydaya əsaslanan nizam və digər şübhəli konsepsiyalar adı altında onlar qlobal prosesləri öz bildikləri kimi və öz qaydalarına ilə idarə etməyə və istiqamətləndirməyə çalışırlar, yalnız bir ölkənin – Amerika Birləşmiş Ştatlarının xeyrinə qərarlar qəbul edən qapalı bloklar və koalisiyaların yaradılması istiqamətində kurs aparırlar”, – deyə Rusiya Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərin digər iştirakçılarının təbii hüquqlarına məhəl qoyulmur, təhlükəsizliyin bölünməzliyi fundamental prinsipi seçmə şəkildə şərh olunur. “Qərbin suveren dövlətlərə qarşı tətbiq etdiyi birtərəfli qeyri-qanuni sanksiyalar görünməmiş həddə çatıb”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər