-1 C
Baku
Sunday, December 15, 2024

“Putin qadın olsaydı, Ukraynanı işğal etməzdi”

Boris Conson Putinin Ukraynaya hücumunu “dəli və maço” hərəkəti adlandırıb.

Banker.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri bu barədə Almaniyanın ZDF televiziyasına danışıb.

Conson, Putinin cinsini münaqişəyə səbəb olan faktor kimi göstərərək deyib: “Əgər Putin qadın olsaydı, lakin açıq-aydın bəlli olur ki, deyil, o, həqiqətən də çılğın, maço işğal və zorakılıq müharibəsinə girişməzdi”.

Yüksək vəzifələrdə daha çox qadının olması lazım olduğunu ifadə edən Conson “Putinin Ukraynada etdiyi toksik maskulinlik nümunəsidir” deyib.

Conson həmçinin bildirib ki, G7 liderləri Ukraynada müharibəni dayandırmağa çalışsalar da, hazırda heç bir razılaşma yoxdur.

Son xəbərlər
Digər xəbərlər