26 C
Baku
Saturday, July 27, 2024

Putin Qarabağdakı sülhməramlılardan danışdı

Rusiya Prezidenti Vladimir Putin MDB liderlərinin sammitində Qarabağdan danışıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ məsələsini ətraflı müzakirə etdiyini bildirib.

Onun sözlərinə görə, sülhməramlılar Qarabağda öz öhdəliklərini vicdanla yerinə yetiriblər.

“Gündəm Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasıdır və biz buna hər cür kömək etməyə hazırıq”, – Rusiya prezidenti bildirib. Putin bəyan edib ki, Moskva Bakı ilə İrəvan arasında danışıqları təşkil etməyə hazırdır.

Xatırladaq ki, dünən Bişkekdə İlham Əliyevin Vladimir Putin ilə görüşü keçirilib.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafından, xüsusilə ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə olunub. Regionlararası əməkdaşlıq məsələsinə toxunularaq, Azərbaycanın Rusiyanın 70 regionu ilə uğurlu əməkdaşlığı qeyd edilib, bu xüsusda mütəmadi əsasda keçirilən regionlararası forumun vacib platforma olduğu bildirilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər