28 C
Baku
Saturday, July 27, 2024

Putin Qarabağla bağlı humanitar mərkəzin yaradılması barədə fərman imzalayıb

Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağla bağlı qurumlararası humanitar mərkəzin yaradılması barədə fərman imzalayıb.

Bu barədə Kremlin saytında məlumat verilib.

Fərmanda bildirilib ki, Qarabağla bağlı humanitar yardım mərkəzində Rusiya Fövqəladə Hallar və Xarici İşlər nazirliklərinin, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri təmsil olunacaqlar.

Təşkilati məsələlər Müdafiə Nazirliyinə həvalə ediləcək.

Fərman imzalandığı gündən qüvvəyə minir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər