Qlobal bazarda Rusiya neftinin tədarükünün kəskin azalması qiymətlərin artmasına səbəb olacaq.
Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin 17-ci Konqresinin yekunları üzrə jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putin bildirib.
“Rusiyanın neft və neft məhsullarının tədarükü qlobal bazarda kəskin şəkildə azalarsa, qiymətlər qaçılmaz olaraq artacaq”, – o deyib.
Putin əlavə edib ki, ABŞ-dən fərqli olaraq, Rusiya və Səudiyyə Ərəbistanı istehlak etdikləri neftdən daha çox neft satırlar.