Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Tərəflər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini və dinamikasını müsbət qiymətləndirib.
Birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.