Rusiya prezidenti Vladimir Putin milli rouminqin ləğv edilməsi ilə bağlı qanunu imzalayıb.
Lenta.ru-ya istinadən, sənədin mətni prezidentin rəsmi informasiya portalında dərc edilib.
Qəbul edilmiş qanuna əsasən, rabitə operatorları yerləşdiyi regiondan asılı olmayaraq, hər bir abonentə eyni xidmət göstərməlidir. Ödəniş yalnız istifadəçinin Rusiya sərhədlərindən kənardakı şəxslərlə əlaqəsi zamanı tutulacaq.
Dekabrın 19-da Dövlət Duması tərəfindən qəbul edilən və dekabrın 21-də isə Federasiya Şurası tərəfindən təsdiqlənən qanun 2019-cu il iyunun 1-dən qüvvəyə minəcək.
Oxu.az