26 C
Baku
Saturday, July 27, 2024

Putin: “Rusiya Ay proqramını bərpa edəcək”

“Rusiya Ay proqramını bərpa edəcək. Söhbət “Luna-25” avtomatik aparatının işə salınmasından gedir”.

Bu barədə Rusiya prezidenti Vladimir Putin Amur vilayətində yerləşən “Vostoçnıy” kosmodromuna səfəri zamanı bildirib

Onun sözlərinə görə, Rusiya peyk qruplaşmalarının kəmiyyət və keyfiyyət potensialı əhəmiyyətli dərəcədə genişlənəcək.

Putin bildirib ki, Rusiya xaricdən gələn təzyiqlərə baxmayaraq, kosmik sahədə bütün planlarını ardıcıl və israrla həyata keçirəcək.

Rusiya Hava Kosmik Qüvvələrinin Ukraynada əməliyyat zamanı cəsarətli, bacarıqlı, operativ və effektiv fəaliyyətini vurğulayan Putin Belarusla birgə kosmos sahəsində infrastruktur formalaşdıracaqlarını söyləyib.

Rusiya lideri Roskosmosdan Belarus nümayəndəsinin kosmosa hazırlıq və uçuşunu təmin etməyi də xahiş edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər