1 C
Baku
Saturday, December 14, 2024

Putin: “Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətindən yaxşıdır”

Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətindən yaxşıdır.

Bunu Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib.

Rusiya prezidenti qeyd edib ki, ölkə iqtisadiyyatının struktur restrukturizasiyası üçün bütün şəraiti yaratmaq lazımdır.

“Bizim prioritetimiz makroiqtisadi sabitliyi və davamlılığı qorumaqdır. Həmişə olduğu kimi, burada da mübahisələrimiz var – nəyə daha çox diqqət yetirməliyik, vəsaiti hara ayırmalı və ya təhlükəsizlik yastığını yaratmalı, onu yeni şəraitdə necə yaratmalı və müasir şəraitdə təhlükəsizlik yastığı nədir, de-dollarlaşma prosesi nə vaxt gedir?”,- deyə Putin vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər