19 C
Baku
Thursday, April 25, 2024

Putin: “Rusiya dialoqa açıqdır”

Rusiya bunda maraqlı olan hər kəslə münasibətləri inkişaf etdirir, Moskva strateji sabitlik və nüvə silahlarının yayılmaması ilə bağlı dialoqa açıqdır.

Bunu Rusiya prezidenti Vladimir Putin X Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun iştirakçılarına müraciətində bildirib.

“Rusiyanın beynəlxalq məsələlərdə gündəliyi həmişə konstruktiv olub və konstruktiv olaraq qalır. Biz bunda maraqlı olan hər kəslə çoxqütblü münasibətləri inkişaf etdiririk, BMT, G20, BRİKS, ŞƏT və digər birliklərdə əməkdaşlığa böyük əhəmiyyət veririk”, – deyə Rusiya prezidenti vurğulayıb.

Putin qeyd edib ki, Rusiya strateji sabitliyin təmin edilməsi, kütləvi qırğın silahlarının yayılmaması rejimlərinin saxlanması, silahlara nəzarət sahəsində vəziyyətin yaxşılaşdırılması üzrə dialoqa açıqdır: “İqlim gündəmi, aclıqla mübarizə, ərzaq və enerji bazarlarının sabitliyinin təmin edilməsi, beynəlxalq ticarət və rəqabət üçün ədalətli qaydalar kimi həyati vacib mövzularda səylərimizi birləşdirməyi hədəfləyirik”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər