11 C
Baku
Monday, November 25, 2024

Putin: “Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”

“Rusiya ilə Azərbaycan arasında ticarət və investisiyaların həcmi artır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Bu gün biz həm təşkilatın özünün işi, həm də ikitərəfli münasibətlər, regionda vəziyyət barədə artıq dəfələrlə söhbət etmişik, fikir mübadiləsi aparmışıq. İkitərəfli münasibətlərə gəldikdə, onlar inkişaf edir, çox uğurla inkişaf edir, şübhəsiz, bunu qeyd etmək lazımdır. Ticarətin, investisiyaların həcmi artır, müxtəlif nazirliklər, idarələr, parlamentlər xətti ilə əməkdaşlıq həyata keçirilir”, – Putin qeyd edib.

 

 

Son xəbərlər
Digər xəbərlər