Rusiya iqtisadiyyatı bütün çətinliklərə baxmayaraq, sanksiya zərbələrinə layiqincə tab gətirir.
Banker.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə bildirib.
“Bütün çətinliklərə baxmayaraq, qeyd etmək istərdim ki, Rusiya iqtisadiyyatı sanksiyaların təsirinə tab gətirir, kifayət qədər layiqincə tab gətirir. Bütün əsas makroiqtisadi göstəricilər bundan xəbər verir”, – deyə Rusiya prezidenti vurğulayıb.
Putin qeyd edib ki, ölkədəki iqtisadi vəziyyət Rusiya hakimiyyətindən xüsusi səylər tələb edir, ümumilikdə bu səylər müsbət nəticə verir: “Bəli, əlbəttə ki, hər şey asan deyil. Baş verən hər şey hökumətin iqtisadi blokundan xüsusi diqqət və səy tələb edir və ümumiyyətlə, bunu vurğulamaq istəyirəm ki, bu səylər müsbət nəticə verir”, –
Putin bunun o cümlədən, Rusiya Federasiyası ilə Belarus arasında ticarətin səviyyəsinə təsir etdiyinə də diqqət çəkib.