2022-ci ildə Rusiya iqtisadiyyatının faktiki dinamikası bir çox proqnozlardan daha yaxşı olub.
Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün iqtisadi məsələlər üzrə müşavirədə bildirib.
Onun sözlərinə görə, ötən ildə Rusiyada ÜDM ilkin məlumatlara görə, cəmi 2.5% azalıb, baxmayaraq ki, 20%-ə qədər azalma proqnozlaşdırılıb.
Putin Rusiya iqtisadiyyatının ilin sonunda yaranmış artım tendensiyasını möhkəmləndirmək və ilkin inkişaf vəzifələrinin həlli üçün konkret tədbirləri müzakirə etməyi lazım olduğunu söyləyib:
“Biz məşğulluğu və real əmək haqqının artımını stimullaşdırmalıyıq”, deyə Rusiya lideri əlavə edib.