27 C
Baku
Saturday, July 27, 2024

Putin: “Rusiya müharibə istəmədiyi üçün öz təkliflərini irəli sürüb”

“Rusiya müharibə istəmir, ona görə də təhlükəsizliklə bağlı öz təkliflərini irəli sürüb”.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla birgə mətbuat konfrnasında söyləyib.

Putin Rusiyanın hərbi gücünü dayandırmaq cəhdlərini milli təhlükəsizliyi üçün birbaşa təhdid adlandırıb.

O, ABŞ və NATO-nu təhlükəsizlik prinspilərini özünəməxsus şəkildə şərh etməkdə ittiham edib.

Almaniya Kansleri Olaf Şolts isə Ukrayna ətrafında gərginliyin de-eskalasiya edilməsinin vacib olduğunu, müharibənin heç bir halda başlamamalı olduğunu dilə gətirib.

Şolts müharibənin Rusiya üçün ağır geosiyasi nəticələr doğuracağını da əlavə edib.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər